Çiçen-İtsa
From Wikipedia, the free encyclopedia
Çiçen-İtsa — mayyalılar tərəfindən ən son klassik mədəniyyət dövründə tikilmiş Kolumb əvvəli şəhərdir. O, arxeoloji cəhətdən Meksinanın Yukatan ştatındakı Tinum bələdiyyəsində yerləşir.
Bu məqalə qaralama halındadır. |
Çiçen-İtsa | |
---|---|
20°40′59″ şm. e. 88°34′07″ q. u. | |
Ölkə | Meksika |
Yerləşir | Yukatan |
Aidiyyatı | Mayya sivilizasiyası |
Tikilmə tarixi | Klassik dövrün sonlarından erkən postklassikə keçiddə |
Rəsmi sayt | chichenitza.com |
Rəsmi adı: Pre-Hispanic City of Chichen-Itza | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iii |
Təyin edilib | 1988 |
İstinad nöm. | 483 |
Dövlət | Meksika |
Region | Latın Amerikası və Karib Hövzəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Çiçen-İtsa son klassik dövrdən (600-900) başlayaraq ən son klassik dövrdə (800-900) bütövlükdə və hətta post-klassik dövrün (900-1200) erkən illərində şimali mayya ovalıqlarının əsas fokus nöqtəsi olmuşdur. Ərazidə Şimali Mayya ovalıqlardakı Puuk və Çenes və həmçinin mərkəzi Meksikada rast gəlinən digər arxeoloji üslubların qalıqları cəmləşmişdir. Burada mərkəzi Meksika üslublarına rast gəlinməsi ilk öncə birbaşa miqrasiya və ya Meksika tərəfindən işğalın nəticəsi kimi başa düşülürdü, lakin ən müasir araşdırmalar bunun mədəni diffuziya nəticəsində baş verdiyini qeyd edir. Çiçen-İtsa mayya sivilizasiyasına aid ən böyük şəhərlərdən biri idi.