Ölü dəniz
İsrail və İordaniya arasında axarı olmayan duzlu göl / From Wikipedia, the free encyclopedia
Ölü dəniz — (ivr. ים המלח) (ərəb. الند الهدت) Fələstin, İsrail və İordaniya arasında axarı olmayan duzlu göl.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Ölü dəniz | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | −437 ± 1 m[1] |
Eni | 18 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 135 km |
Sahəsi |
|
Həcmi | 148.000 hm³ |
Dərin yeri | 360 m |
Duzluluğu | 33,7 % |
Yerləşməsi | |
31°31′14″ şm. e. 35°29′04″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirməklə üz-üzədir. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur.
Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır. Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir. Özünün müalicəvi effektlərinə görə bu suyun ətrafında çoxsaylı kurort müəssisələri və spa mərkəzləri açmışlar. Mineralların sudakı bolluğu dəri xəstəliklərinin və başqa problemlərin dərmanına çevrilir.