İlliriya
From Wikipedia, the free encyclopedia
İlliriya (q.yun. Ἰλλυρία, İlliriya və ya Ἰλλυρίς, İlliris;[1] lat. Illyria,[2] Illyricum)[3] — Balkan yarımadasının şimal-qərbində tarixi vilayət. Yerli sakinləri illiriyalılar olmuşdur. E.ə. 27-ci ildən Romanın İllirik əyalətinin tərkibinə Yuxarı İllirik (Dalmatiya) və Aşağı İllirik (Pannoniya) daxil idi. Sonralar Yuxarı Maziya, Resiya, Norik və Dakiya, Makedoniya, Yunanıstan İllirikə daxil edilmişdir. Roma ilə sıx iqtisadi əlaqələləri İlliriya əhalisinin romanlaşmasına kömək etmişdir. V əsrin əvvəlindən İlliriya vestqotların basqınlarına məruz qalmışdır. VI əsrdən İlliriyada slavyanlar məskunlaşaraq onun ərazisində bir sıra dövlətlər yaratmışdılar.[4]