İmperiya
From Wikipedia, the free encyclopedia
İmperiya (lat. imperium — hakimiyyət) ya da İmperatorluq:
- bir mərkəzdən idarə edilən böyük çoxmillətli dövlət.
- müstəmləkə dövləti, ondan asılı olan və onun maraqlarına xidmət edən böyük ərazi birliyi.
- Bir qrup millətlər və ya xalqların imperator (imperatriça) və ya başqa güclü suveren və ya hökumət tərəfindən idarəsi.[1]
- Bir imperatorluq bir dövlətin başqa bir dövlət və ya dövlətlərin üzərində hakim olduğu siyasi bir quruluşdur.[2]
Bu adın digər istifadə formaları üçün bax: İmperiya (dəqiqləşdirmə).
İmperiyaya imperator rəhbərlik edir. Hal-hazırda yeganə rəsmi imperator Yaponiya imperatorudur. Ancaq onun adı daha çox simvolik xarakter daşıyır.