İrəvan qalasının işğalı
From Wikipedia, the free encyclopedia
İrəvan qalasının işğalı — 13 oktyabr (1 oktyabr Yuli təqvimi) 1827-ci ildə Rusiya imperiyası ordusunun İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərini ələ keçirməsi. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816-1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi.
İrəvan qalasının işğalı | |||
---|---|---|---|
Rusiya-İran müharibəsi (1826-1828) | |||
| |||
Tarix | 13 oktyabr (1 oktyabr Yuli təqvimi) 1827-ci il | ||
Yeri | İrəvan, İrəvan xanlığı | ||
Nəticəsi | Rusiya imperiyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | İrəvan xanlığı Rusiyanın tərkibinə daxil oldu. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
İrəvan qalasının planı. Rəssam V. Potto (1827) |
|||
1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Qacarlarla döyüş itkilərə səbəb oldu. Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827-1831) Benkendorfun öncü birliyini general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz etdi. İrəvan mühasirəsi zamanı quraqlıqdan əziyyət çəkən Krasovski mühasirədən vaz keçməyə məcbur edildi.
Paskeviç Sərdarabad qalasını ələ keçirdikdən sonra 5 oktyabr (23 sentyabr Yuli təqvimi) tarixində İrəvana hərəkət etdi. Krasovski mühasirə qoşunlarının başçısı təyin edildi. İrəvan qalasına rəhbərliyi xanın qardaşı Həsən xan Qacar edirdi. Üç gün sonra rus ordusu İrəvan ətrafında mühasirə işlərinə başladı. Ruslar şəhəri bombardman edir və şəhər qarnizonu da onlara cavab atəşi açırdı. Təcrübəsiz qarnizon topçuları ruslara ziyan verə bilməsə də rusların bombardmanı qala divarlarının dağılmasına səbəb oldu. Bir həftəlik müqavimətdən sonra şəhər ruslar tərəfindən işğal edildi və İrəvan xanlığı süqut etdi.
22 fevral (10 fevral Yuli təqvimi) tarixində Qacarlar dövləti və Rusiya imperiyası arasında imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə İrəvan xanlığı, Naxçıvan xanlığı və Talış xanlığının bir hissəsi Rusiya imperiyasının tərkibinə keçdi. İrəvan və Naxçıvan xanlığı, həmçinin Ordubad mahalının ərazisində qurulan Erməni vilayəti İran və daha sonra Osmanlı imperiyasından ermənilərin miqrasiyası üçün cazibə mərkəzi oldu.