İran monarxiyasının 2500 illiyi ziyafəti
From Wikipedia, the free encyclopedia
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشنهای ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri.[1][2][3]
İran monarxiyasının 2500 illiyi ziyafəti | |
---|---|
Əsas hadisə: İran İslam İnqilabı | |
| |
Başlama tarixi | 12 oktyabr 1971 |
Bitmə tarixi | 16 oktyabr 1971 |
Yeri | Pəhləvilər İranı |
Vikianbarda əlaqəli mediafayllar |
Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı.[4]
Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər.[5]