İspaniya mirası uğrunda müharibə
ümumavropa müharibəsi / From Wikipedia, the free encyclopedia
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı.[3] XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi.
İspaniya mirası uğrunda müharibə | |||
---|---|---|---|
| |||
Tarix | 1701—1714-cü illər | ||
Yeri | Avropa, Şimali Amerika, Qərbi Hindistan, Qərbi Afrika | ||
Nəticəsi |
Utrext sülhü Raştat sülhü Baden sülhü |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.
İspaniya mülklərinin əsas hissəsini özündə saxladı, lakin İtaliyadakı mülklərini Avstriya və Savoyaya güzəştə getməli oldu. Həmçinin avstriyalılar Hollandiyada İspan mülklərinin çoxuna yiyələndilər. İngiltərə Cəbəllütariq və [[Minork sahib çıxdı, İspan Amerikasında əhəmiyyətli ticarət güzəştləri qazandı və Hollandiyanı dəniz lideri və ticarətdə Avropa birinciliyindən saldı. Hollandiya iqtisadiyyatı müharibədən nəhəng ziyan görsə də, böyük bir ticarət gücü olaraq qaldı və indiki Avstriya Hollandiyasında gücləndirilmiş müdafiə xətti qurmağa nail oldu.
Fransızlar öz növbəsində, XIV Lüdovikin əvvəlki bütün fəthlərini qorudular, Oranj knyazlığını və Barselonnet şəhərini aldılar. Nəticədə, Habsburqların mülkləri tərəfindən Fransanın mühasirəyə alınması təhlükəsi aradan qaldırıldı.
Müqəddəs Roma İmperiyasının mərkəzsizləşdirilməsi davam etdi, Prussiya, Bavariya və Saksoniya getdikcə müstəqil dövlətlər rolunu oynamağa başladı. Osmanlılar üzərindəki qələbələrlə birlikdə Avstriya Habsburqları getdikcə daha çox diqqətlərini Avropaya yönəltdilər.