İstanbul ilçələrinin siyahısı
From Wikipedia, the free encyclopedia
İstanbul ilinin, Türkiyə Böyük Millət Məclisinin 6 mart 2008-ci ildə qəbul edilən və 22 mart 2008-ci il tarixli Rəsmi Qəzetin 5747-ci nəşrində ilin 38 ilçəsi olduğunu təsdiq edən qanun dərc edilmişdir. Onlardan 25-i Avropa tərəfində, 14-ü isə Asiya tərəfindədir. Avropa tərəfindəki ilçələr üçün telefon kodu 212, Asiya tərəfində yerləşən ərazilər üçün isə 216-dır.[1]
İlk bələdiyyə təşkilatı 1855-ci ildə Şəhremaneti adı ilə təsis edildiyi İstanbulda, Respublika dövründə xidmətlər valilər tərəfindən yerinə yetirilir. 3 aprel 1930-cu ildə qəbul edilmiş qanuna əsasən, 10-u əyalət bələdiyyəsinin sərhədləri daxilində olmaqla, şəhər 16 ilçəyə bölündü. Həmçinin bu qanundan sonra Şəhremaneti və Şəhrəmini kimi terminlərin də istifadəsi dayandırıldı.[2]
1950-ci illərə qədər eyni şəkildə idarə olunan İstanbulda 1954-cü ildə Şişli, 1957-ci ildə isə Zeytunburnu ilçə adını qazanmış və şəhərdə uzun müddətdən sonra ilk dəyişikliklər baş vermişdir. Yeni dəyişikliklər sonrakı illərdə getdikcə genişlənən şəhər sərhədləri və artan əhali səbəbindən müşahidə edilmişdir. 1963-cü ildə Bayrampaşa, Qaziosmanpaşa; 1987-ci ildə Böyükçəkməcə, Pendik və Ümraniyə; 1989-cu ildə Kiçikçəkməcə; 1990-cı ildə Bayrampaşa; 1992-ci ildə Avcılar, Bağçılar, Bağçalıevlər, Güngörən, Maltəpə, Tuzla, Sultanbəyli; 1993-cü ildə Əsənlər bağlı olduqları ilçələrdən çıxarılmış və müstəqil ilçələrə çevrilmişdir.
Son olaraq isə, 2008-ci ildə Arnavutköy, Ataşəhər, Başakşəhər, Bəylikdüzü, Çəkməköy, Əsənyurd, Sancaqtəpə və Sultanqazi də ilçə statusu əldə etdi və bu qanunla birlikdə İstanbul ilinə bağlı, ümumilikdə 39 ilçə, 782 məhəllə və 152 kənd yer aldı. Şəhərin illərinin siyahısı 22 iyul 2004-cü il tarixində Rəsmi Qəzet-də nəşr olunan qanunla birlikdə bütün ilçələr İstanbul Bələdiyyəsinə rəsmən bağlı olmuşdur.