İstifadəçi:Corc vaşington/qaralama dəftəri/arxiv 1
From Wikipedia, the free encyclopedia
Kalifornium işarəsi Cf və atom kütləsi 98 olan radioaktiv metaldır. İlk dəfə 1950 ci ildə Berkli Kaliforniya universitetində, küriyumun alfa zərrəcikləri ilə bombardmanı zamanı alınmışdır. Aktinoidlər sırasının 9-cu və Urandan sonra sintez edilən 6-cı elementdir. Böyük atom kütləsinə malik elementlər içərisində ,eynşteniyumdan sonra adi gözlə görülə biləcək qədər sintez edilmiş elementdir. Elemntin adı kəşf olunduğu yerin və universitetin şərəfinə adlandırılmışdır.
Kalifornium normal təzyiq altında iki kristal quruluş əmələ gətirir. Çox yüksək təzyiqdə isə o, öz 3-cü kristal quruluşuna keçir.Kalifornium otaq temperaturunda hava ilə təmsaı zamanı oksidləşir. Kaliforniumun ən davamlı izotopo Cf-251 dir ki, onun da yarımçevrilmə periodu 859 ildir. Bu qısa yarımparçalanma periodu,elementin yer üzərində yayılmadığını da bildirir. Yarımparçalanma periodu 2,64 il olan Cf-252 ən çox Amerika Birləşmiş Şatatlarında Oak Ridge Beynəlxalq Laboratoriyası və Rusiyada da Atom Reaktorları Araşdırma İnstutunda sintez edilir.
Kalifornium praktik tətpiqi olan bir neçə transuran elementdən biridir.Bu praktik tətpiq Kaliforniumun neytron saçma xassəsinə əsaslanır. Nüvə reaktorlarının işə salınmasında kaliforniumdan istifadə edilir. Həmçinin neytron saçılması və spektrokopiyası üçün maddə nalizində kaliforniumdan istifadə olunur. Bunlardan başqa kalifornium ağır elementlərin sintezində istifadə edilir: oqaneson (118-ci ) kalifornium-249 izotoponun kalsium-48 ionları ilə bombardman edilməsi nəticəsində sintez edilmişdir. Kaliforniumdan istifadə zamanı radioaktivlik xassəsi nəzərə alınmalıdır. Həmçinin elementin skeletə biokumuliyasiyası qırımızı qan hüceyrələrinin(eritrositlərin)quruluşunu pozur.