İstifadəçi:Elonizm/İlon Mask
From Wikipedia, the free encyclopedia
İlon Mask (doğum adı: İlon Riv Mask, ing. Elon Reeve Musk; {{DVTY}} şablonu boşdur) — Cənubi Afrika Respublikasında doğulmuş, ABŞ-Kanada sahibkarı, mühəndisi, ixtiraçısı və investoru və xeyriyyəçisidir.[4][5][6][7][8] Anadan olduğu CAR-dan başqa, Kanada və ABŞ vətəndaşıdır.[9] Hal-hazırda ABŞ-da yaşayır.[10][11] İlon Mask həmçinin SpaceX-in təsisçisi, icraçı (CEO) və texniki (CTO) direktorudur.[12][13] Tesla Motors-da icraçı direktor (CEO) və məhsul dizayneridir.[14][15] SolarCity-nin sədridir. Mask PayPal, The Boring Company və Zip2 (hazırda mövcud deyil) şirkətlərinin qurucusudur.[16] Neuralink və OpenAI şirkətlərinin isə həmtəsisçisi və ilk ortaq prezidentidir.[17]
İlon Mask | |
---|---|
Elon Musk | |
Digər adı | İlon Riv Mask |
Doğum tarixi | (52 yaş) |
Doğum yeri | Pretoriya, Cənubi Afrika |
Vətəndaşlığı |
CAR (1972-ci ildən) |
Həyat yoldaşları |
Castin Mask (2010-2012, 2013-2016) |
Uşaqları |
7 (bir uşağı öldü) |
Partnyoru | Qrimes (2018-2021) |
Atası | Errol Mask |
Anası | Mey Mask |
Milliyyəti | amerikalı, kanadalı, cənubi afrikalı |
İxtisası | fizika, mühəndislik, iqtisadiyyat və biznes[1][2][3] |
Təhsili |
Qvins Universiteti |
Fəaliyyəti |
mühəndis, sahibkar, investor, xeyriyyəçi |
Fəaliyyət illəri | 1995-ci ildən bəri |
Mask 2018-ci ildə Kral Cəmiyyətinin üzvü (FRS) seçildi.[18][19] Həmçinin Forbes jurnalının 2016 dekabrda nəşr etdiyi "Dünyanın Ən Güclü İnsanları" siyahısında 25-ci sırada,[20] 2019-cu ildə nəşr etdiyi "Dünyanın Ən İnnovativ İnsanları" siyahısında isə birinci sırada yer aldı.[21] Maskın xarakteri Con Favreaunun marağına səbəb oldu və 2010-cu ildə çıxarılan Dəmir adam 2 filmində qonaq rol aldı. Həmçinin Con Favreau repertuarında İlon Mask və aktyor Robert Dauni ilə birgə vaxt keçirdiklərini demişdir.[22]
İlon Mask 2021 yanvar ayında Ceff Bezosu keçərək hazırda yaşayan dünyanın və tarixin (ilk dəfə 300 milyard dolları keçən şəxs) ən varlı şəxsi oldu.[23]
Mask CAR-ın Pretoriya şəhərində kanadalı ana və cənubi afrikalı ağdərili atanın uşağı olaraq dünyaya gəldi.[24] Qvins Universitetində təhsil almaq üçün Kanadaya köçməmişdən əvvəl qısa müddətli Pretoriya Universitetində təhsil aldı.[25] İki il sonra Pensilvaniya Universitetinə keçdi və burada iqtisadiyyat üzrə bakalavr dərəcəsi, fizika üzrə isə B.A. və B.Sc. dərəcələri qazandı.[26] Doktrantura dərəcəsinə başlamaq üçün 1995-ci ildə Kaliforniyaya köçdü. Stenford Universitetində tətbiqi fizika və materialşünaslıq sahələrində yuxarı dərəcə aldı. Amma akademik kariyerasını davam etdirmək əvəzinə iş kariyerasına başlamağa qərar verdi.[27] 1999-cu ildə Compaq tərəfindən $340 milyona alınan Zip2 şirkətini qardaşı Kimbal Mask ilə birlikdə qurdu. Mask daha sonra onlayn bank olan X.com-u (hazırkı PayPal) qurdu. 2000-ci ildə Confinity ilə birləşdi. Şirkət 2002 oktyabr ayında eBay tərəfindən $1,5 milyarda alındı.[28][29]
Mask 2002 may ayında hazırda CEO-su olduğu, aviasiya və kosmik uçuş xidmətləri verən SpaceX-i qurdu. Elektrikli avtomobil istehsalçısı Tesla Motors Inc.-ə (hazırkı Tesla, Inc.) qurulmasından bir il sonra - 2004-cü ildə məhsul dizayneri olaraq qatıldı. 2008-ci ildə isə şirkətin CEO-su oldu. 2006-cı ildə günəş enerjisi xidməti verən SolarCity-nin (hazırkı Teslanın alt şirkəti) qurulmasında xalasıoğluna kömək göstərdi. 2015-ci ildə Mask, dost hesab etdiyi süni intellekti təşviq etmək məqsədi daşıyan qeyri-kommersiya tədqiqat şirkəti OpenAI-ni qurdu. 2016-cı ilin iyul ayında beyin-kompüter interfeyslərini təkmilləşdirməyə yönəlmiş neyrotexnologiya şirkəti Neuralink-i qurdu. Mask 2016-cı ilin dekabrında elektrikli avtomobillər üçün optimallaşdırılmış yollara diqqət yetirən "infrastruktur və tunel tikintisi" şirkəti olan The Boring Company-ni qurdu. Mask həmçinin Hyperloop adlı yüksək sürətli nəqliyyat sistemi də dizayn etmişdir.
Mask həmçinin etdiklərinə görə böyük skandallara səbəb olmuş və tənqid obyektinə çevrilmişdir. 2018-ci ildə Coe Roqanın podkastında dediklərinə, çətənə çəkdiyinə, dalğıc komandasının başçısına "pedo-adam" dediyinə, süni intellekt, ictimai nəqliyyat və COVID-19 pandemiyası haqqında dediklərinə və digər etdiklərinə görə böyük miqyaslı tənqidlərə məruz qalmışdır. Mask həmçinin Twitter hesabında paylaşdığı kriptovalyuta tvitlərinə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası tərəfindən məhkəməyə verilmişdir. Buna görə qısa müddət idarəçilikdən uzaqlaşdırılmışdır. Amma SEC ilə razılaşaraq Twitter istifadəsindəki məhdudiyyətləri qəbul etmişdir.