İzmir
From Wikipedia, the free encyclopedia
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir.
İzmir | |
---|---|
İzmir | |
38°24′ şm. e. 27°10′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e. ə. III minillik |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 232 |
Poçt indeksi | 35000–35999 |
Nəqliyyat kodu | 35 |
Digər | |
izmir.bel.tr | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir.
İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmir, yaxtalar və gəmilərlə dolu uzun və dar bir körfəzin başında yer alır. Sahil boyunca palma, xurma palmaları və geniş prospektlər vardır. İzmir limanı, Türkiyənin ən böyük yeddinci limanıdır.