Şəxslər haqqında Azərbaycan poçt markalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Şəxslər haqqında Azərbaycan poçt markalarının siyahısı — Şəxslər ilə əlaqədar olaraq dövriyyəyə buraxılan Azərbaycan poçt markaları. Bu markalar adətən şəxsin yubileyinə həsr olunmuşdur. Həmçinin, idman yarışları və ölkələrarası münasibətlərlə bağlı olaraq da poçt markaları üzərində şəxslər təsvir olunmuşdur. Üzərində şəxsin təsviri olan ilk Azərbaycan poçt markası 1993-cü ildə dövriyyəyə buraxılmışdır. Həmin marka Heydər Əliyevin 70 illiyinə həsr olunmuşdur.