Şah Təhmasibin Şahnaməsi
From Wikipedia, the free encyclopedia
Şah Təhmasibin Şahnaməsi və ya Houton Şahnaməsi — Səfəvi miniatür sənətinin şah əsərlərindən və Şahnamə əsərinə çəkilmiş miniatürlər içərisində ən məşhurlarından biri olan illüstrasiyalı əlyazmalar. Bu, yəqin ki, indiyə qədər hazırlanmış mətnin ən tam təsvir edilmiş əlyazmasıdır. Əsər ortaya çıxarıldığı zaman 759 səhifədən ibarət olmuş, bunun da 258 səhifəsi miniatürlərlə bəzədilmişdir. Bu miniatürlər Təbriz şəhərindəki miniatür ustaları tərəfindən I Şah İsmayıl və I Şah Təhmasib dövründə çəkilmişdir. Əsər tamamlandıqdan sonra 1658-ci ildə Osmanlı sultanı II Səlimə hədiyyə edilmişdir. Əsərin səhifələri 48 x 32 sm-dən ibarət olmuş və mətni mükəmməl şəkildə nəstəliq xətti ilə çəkilmişdir. Əsər 1970-ci illərdə parçalanmış və hal-hazırda hissə-hissə müxtəlif kolleksiyalarda saxlanmaqdadır.[1]
Şah Təhmasibin Şahnaməsi | |
---|---|
Janr | Epik poemanın miniatürlü əlyazması |
Müəllif | Sultan Məhəmməd, Mir Seyid Əli, Mir Musavvir, Ağa Mirək, Əbd əs-Səməd |
Orijinal dili | fars dili |
Yazılma ili | XVI əsr |
Nəşr ili | XVI əsr |
Vikianbarda əlaqəli mediafayllar |