Şahmat üzrə dünya çempionlarının siyahısı
From Wikipedia, the free encyclopedia
İlk rəsmi şahmat üzrə dünya çempionu Vilhelm Steynits 1886-cı ildə olub. 1948-ci ildən dünya birinciliyi uğrunda matçların təşkili ilə Beynəlxalq şahmat federasiyası (FİDE) məşğul olmağa başlayıb
1993-cü ildə FİDE arasında ixtilaf nəticəsində Harri Kasparov Professional Şahmat Assosiasiyası (PŞA) təşkil etdi. Buna cavab olaraq FİDE onu dünya çümpionu statusunundan məhrum edir, şahmat tacını digər iddiaçılar arasında yarış keçirərək yeni çempionu təyin edir. Bölünmə nəticəsində iki dünya çempionu peyda olur: Harri Kasparov — PŞA versiyasına əsasən və Anatoli Karpov, FİDE tərəfindən keçirilən turnirin qalibi kimi.
2006-cı ildə FİDE-yə görə çempion Veselin Topalov və PŞA-ya görə çempion Vladimir Kramnik arasında birləşmə matçı keçirilir nəticədə, Kramnik mütləq çempion kimi müəyyənləşir.
Hazırkı dünya çempionu 2013-cü ildən Maqnus Karlsendir.