14 iyul inqilabı
İraqda inqilab / From Wikipedia, the free encyclopedia
14 iyul inqilabı (ərəb. 1958 حركة 14 تموز) və ya 1958-ci il İraq inqilabı[2] — İraqda kral ailəsinin güllələnməsi və respublika qurulması ilə sona çatan silahlı çevriliş. 1958-ci ildə ildə reallaşan qanlı hərbi çevriliş nəticəsində 1921-ci ildən İraqı idarə edən Haşimilər sülaləsi devrilərək, bütün kral ailəsi güllələndi. Krallıq ləğv edilib, respublika elan edildi. General Əbdülkərim Qasım respublika başçısı oldu. İraq bu inqilabın ardından Bağdad paktından çıxdığını açıqladı. İnqilab həmçinin İraq və İordaniya arasında 6 ay əvvəl qurulan Haşimilər Ərəb Federasiyasına da son verdi. Üsyanın başçılarından olan general Əbdülkərim Qasım 1963-cü il hərbi çevrilişinə qədər İraqın baş naziri oldu. Bu dövr isə xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir.
İraqda 14 iyul inqilabı | |
---|---|
| |
Yer | İraq |
Tarix | 14 iyul 1958 |
Səbəb | Monarxiyanın devrilməsi |
Əsas məqsəd | Respublika qurmaq |
Nəticə | Respublika elan edilməsi |
Təşkilatçılar | Əbdülkərim Qasım başçılığı ilə bir qrup zabit |
Hərəkətverici qüvvələr | Azad zabitlər[1] |
Həlak olanlar | 1000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |