1900 Yay Olimpiya Oyunlarında oxçuluq
From Wikipedia, the free encyclopedia
Fransanın Paris şəhərində baş tutmuş 1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə 6 növdə Olimpiya yarışları keçirilmişdir. Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 iştirakçı mübarizə aparmışdır. Kamandan oxatma yarışları Olimpiyadanın proqramına birinci dəfə idi salınmışdı.[1] Altı növün hər birində kişilər mübarizə aparıb. Kamandan oxatma yarışlarında yalnız Fransa, Belçika və Hollandiyanın olimpiyadaçıları mübarizə aparıb. Hollandiyalı iştirakçılardan hər hansı birinin adı və medal qazanması barədə məlumat yoxdur. Kamandan oxatma yarışlarında iştirak edən ən gənc idmançı 24, ən yaşlı idmançı isə 50 yaşında idi.
Oxçuluq 1900 Yay Olimpiya Oyunlarında | ||
---|---|---|
Kordon Dore 50 metr | kişilər | |
Kordon Dore 33 metr | kişilər | |
Şapele 50 metr | kişilər | |
Şapele 33 metr | kişilər | |
Sur la Erş | kişilər | |
Sur la Piramida | kişilər |