2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 13-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 21 noyabr 2015-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiyada, Armeec Arenasında keçirilmişdir. Bolqarıstan müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 17 ölkə iştirak etmişdir. Bu ölkələrdən Avstraliya və İrlandiya ilk dəfə olaraq müsabiqədə iştirak etmişdir. Eyni zamanda Albaniya 2 illik və Makedoniya isə 1 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2014-cü ildə müsabiqədə iştirak etmiş İsveç, Kipr və Xorvatiya isə 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 21 noyabr 2015 |
Aparıcı(lar) | Poli Genova |
Direktor | Vladislav Yakovlev |
Kanal | BNT |
Keçirilən yer | Bolqarıstan, Sofiya, Arena Armeec |
Qalib mahnı | Malta "Not My Soul" |
İştirakçıların sayı | 17 |
İlk dəfə iştirak edən ölkələr | Avstraliya İrlandiya |
Yenidən iştirak edən ölkələr | Albaniya Makedoniya |
İştirakdan imtina edən ölkələr | İsveç Kipr Xorvatiya |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2014 2016 ► |
Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Not My Soul" mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib. Bu Maltanın müsabiqədə ikinci qalibiyyəti oldu.