Almaniya federal hökuməti
From Wikipedia, the free encyclopedia
Federal Kabinet (alm. Bundeskabinett) və ya Almaniya Konstitusiyasına görə, Federal hökumət (alm. Bundesregierung) — Almaniya Federativ Respublikasının əsas icraedici orqanıdır. Federal kansler və kabinet nazirlərindən ibarətdir. Nazirlər Kabinetinin təşkilinin əsasları, habelə onun seçilməsi və təyin edilməsi üsulu, vəzifədən azad edilmə qaydası Konstitusiyanın (Grundgesetz) 62-69-cu maddələrində müəyyən edilmişdir.