Altsheymer xəstəliyi
From Wikipedia, the free encyclopedia
"Altsheymer" bura istiqamətləndirir. Digər istifadə formaları üçün Altsheymer (dəqiqləşdirmə) səhifəsinə baxın.
Altsheymer xəstəliyi — demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan[3] yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.