Arbel dağı
From Wikipedia, the free encyclopedia
Arbel (ivr. הר ארבל) — İsrail ərazisində yerləşən dağ və milli park [1]. Dağ ölkənin Aşağı Qaliley bölgəsinə aiddir. Arbel dağı Tiberiya şəhərindən şimal-qərbdə, Arbel vadisindən isə şimalda yerləşir.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Arbel | |
---|---|
ivr. הר ארבל | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 181 m |
Nisbi hündürlüyü | 390 m |
Yerləşməsi | |
32°49′26″ şm. e. 35°30′25″ ş. u. | |
Ölkə | İsrail |
Region |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Arbel dağının dəniz səviyyəsində hündürlüyü 181 metrdir. Ölü dənizin səviyyəsindən olan hündürlük isə 390 metrdir. Dağı əhatə edən ərazinin böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Zirvədə yerləşən müşahidə meydançasından bütün Qalileya, Qolan təpələri, eləcə də Safed, Tiberiya və Ölü dənizin böyük bir qismi görsənir. Arbel dağında dört kənd yerləşir: Kfar-Zaytim, Arbel, Kfar-Hittim və Mispa.