Asiya Oyunları
From Wikipedia, the free encyclopedia
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi.