Aslandüz döyüşü
From Wikipedia, the free encyclopedia
Aslandüz döyüşü — 1812-ci il oktyabrın 10-da Rusiya-İran arasında Cənubi Azərbaycanda,Muğan ərazisində olan, Rusiyanın qələbəsi ilə nəticələnən döyüş.
Aslandüz döyüşü | |||
---|---|---|---|
Rusiya-İran müharibəsi (1804-1813) | |||
Tarix | 10 oktyabr, 1812 | ||
Yeri | Aslandüz, Muğan, Cənubi Azərbaycan | ||
Nəticəsi | Rusların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu ərazinin Azərbaycan tarixində xüsusi bir rolu vardı. Gülüstan müqaviləsinə yol, məhz Aslandüzdən keçirdi.
Böyük Britaniya hökuməti qüvvədən düşmüş İran ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli Harvord Consun yerinə Tehrana böyük elçi göndərildi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 12 top,12 min mərmi,12 min tüfəng,12 min əsgərin geyimi üçün mahud göndərildi.[12]
1810–1811-ci illərdə Türkiyə ilə savaşda Rusiyanın bəzi uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi imzalandı. Türkiyənin Qafqaz sərhədləri dəyişməz qaldı. Bununla Türkiyə Transqafqaz torpaqlarının çoxunun Rusiyaya qatılmasını tanımalı olurdu.[12]
1812-ci ilin başlanğıcında 20 minlik Abbas Mirzə ordusu yenidən Qarabağa girib Şahbulağı tutdu. General Kotlyarevski bu ordunu vurub buradan çıxardı. Həmin ilin yayında Fransanın böyük bir ordu ilə Rusiyaya soxulması İranda ruh yüksəkliyi və sevinclə qarşılandı. Artıq iyul ayında İranın atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə basqın etdi.
Avqust ayında 10 minlik İran ordusu Talış xanlığına soxuldu. Ancaq burada da yerini bərkidə bilmədi. Ağoğlandan rus qoşunu ilə gələn Kotlyarevski oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə sarsıdıcı zərbə endirdi. Rus ordusu Talış xanlığına yönəldi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası tutuldu. Rusiyanın yeni baş komandanı Rtişçev təşəbbüsü bütünlüklə öz əlinə aldı. Rusiyanın 1812-ci il Vətən müharibəsində uğur qazanması İranın bütün ümidlərinə son qoydu.[12]