Atatürk Mədəniyyət Mərkəzi (İstanbul)
From Wikipedia, the free encyclopedia
Atatürk Mədəniyyət Mərkəzi (İstanbul)— İstanbulun Taksim meydanında yerləşən və opera, balet, teatr, konsert və konqres məqsədləri üçün istifadə edilən, içərisində sərgi salonu və kinoteatr olan binadır.
Cəld faktlar Ümumi məlumatlar, Status ...
Atatürk Mədəniyyət Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Status | Tamamlandı |
Növü | mədəniyyət mərkəzi |
Ölkə | |
Koordinatlar | 41°02′12″ şm. e. 28°59′16″ ş. u. |
Şərəfinə adlandırılıb | Mustafa Kamal Atatürk |
Təməlatma | 29 may 1946 (Orijinal tikili) |
Bağlanılıb | 2008 |
Sökülüb | Fevral 2018 |
Qiymət | 2 milyard türk lirəsi[1] |
Sahibi | Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Texniki detallar | |
Torpaq | 14 min 400 kvadrat metr |
Dizayn və konstruksiya | |
Memar | Hayati Tabanlıoğlu (Orijinal tikili), Murat Tabanlıoğlu (Yeni tikili) |
Memarlıq şirkəti | "Tabanlıoğlu Mimarlık" |
Veb-sayt | |
akmistanbul.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Dünyanın dördüncü ən böyük sənət mərkəzi olaraq ilk dəfə 1969-cu ildə istifadəyə verilən bina Türkiyədə Cümhuriyyət dövrünün simvollarından biridir. Mədəniyyət mərkəzi 2008-ci ildən 2018-ci ilə qədər bağlı qalıb və 2018-ci ilin fevralında yenisinin tikintisi üçün sökülüb. Yeni tikilmiş bina 29 oktyabr 2021-ci ildə istifadəyə verilib.[2]