Aukştaytiya Milli Parkı
From Wikipedia, the free encyclopedia
Aukştaytiya Milli Parkı (lit. Aukštaitijos nacionalinis parkas) — Litvanın şimal-şərqində, Vilnüsün 100 km şimalında yerləşən milli park. 1974-cü ildə təşkil olunmuşdur və Litvanın 5 milli parkından ən qədimidir. Milli parkın ölkədə ilk olduğunu vurğulmaq məqsədi ilə milli parkın ilk adı Litva SSR Milli Parkı olmuşdur. 1991-ci ildə 4 yeni milli park yaradılmış və bütün milli parkların adı etnoqrafik adlarla dəyişdirilmişdir. Həmin il milli parkın adı Aukştaytiya Milli Parkı olmuşdur.
Aukştaytiya Milli Parkı | |
---|---|
lit. Aukštaitijos nacionalinis parkas | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 405.7 km2 ha |
Yaradılma tarixi | 29 mart 1974 |
Yerləşməsi | |
55°20′28″ şm. e. 26°03′25″ ş. u. | |
Ölkə | Litva |
Yaxın şəhər | İqnalina |
www.anp.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Milli park 405.70 km2 ərazini əhatə edir. Parkın yarısı İqnalina rayonundadır. Qalan 50 %-i isə Şbençönski və Utena rayonlarında yerləşir. Ciddi qorunan sahə isə milli parkın 2,1 %-ini təşkil edir. Bu əraziyə ancaq park işçisinin nəzarəti ilə daxil olmaq olar. Milli parkın 70 %-i ağaclarla örtülüdür. Ağacların 80 %-i isə bəziləri 200 il yaşında olmaqla şam ağaclarıdır.
Milli parkda müəyyən olunan 64 bitki növü, 8 göbələk növü və 48 quş növü Litvanın Qırmızı kitabındadır. Milli park biomüxtəlifliyinə görə fərqlənir: Litva ərazisinin cəmi 1 %-ini əhatə etməsinə baxmayaraq Litvada tapılan növlərin 59 %-i buradadır.