Avstraliya Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Avstraliya Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada iştirak etmiş və Qay Sebastyanın təmsilində finalda 196 xal toplayaraq 5-ci yerə layiq görülmüşdür. Avstraliyanın müsabiqədə iştirakı 1 illik nəzərdə tutulsa da, 2015-ci ilin noyabr ayında Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcəyi Avropa Yayım İttifaqı tərəfindən öz təsdiqini tapmışdır. Avstraliya Okeaniya ərazisindən Avroviziyada iştirak edən birinci (Avrasiyadan kənar isə 1980-ci ildə müsabiqədə iştirak etmiş Mərakeşdən sonra ikinci) ölkə olaraq tarixə düşmüşdür.
Avstraliya müsabiqədə iştirak etməməsinə baxmayaraq 1983-cü ildən etibarən hər il Avroviziyanı yayımlamışdır. İlk dəfə 2014-cü ildə Avstraliyanı Cessika Mauboy interval akt olaraq müsabiqədə təmsil etmişdir. Bunun ardınca ölkə-qitə 2015-ci ildə rəsmi iştirakçı olaraq müsabiqəyə qoşulmaq hüququ əldə etmişdir.
Avstraliyanın Avroviziyada iştirak etdiyi dörd il ərzində əldə etdiyi ən yüksək nəticə 2016-cı ildə Dami İmin ifa etdiyi "Sound of Silence" mahnısı ilə qazandığı ikinci yer olmuşdur.