Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında — 2016-ci ilin 6-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Rio-de-Janeyro Olimpiadasında 56 idmançı ilə 17 idman növündə təmsil olundu.[1]
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 56 idmançı (17 idman növündə) | ||||||||
Bayraqdar | Teymur Məmmədov (açılış mərasimi) Hacı Əliyev (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: 39 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
Birləşmiş Komanda (1992) |
Azərbaycan Milli Olimpiya Komandası Rio-de-Janeyro Olimpiadasını 18 medalla (1 qızıl, 7 gümüş və 10 bürünc) başa vurdu. Komandanın heyətində taekvondoçu Radik İsayev final görüşündə qələbə qazanaraq Rio-de-Janeyro Olimpiadasının qalibi oldu. Cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov, boksçu Lorenso Sotomayor final görüşlərində məğlub oldular, həmçinin kanoeçi Valentin Demyanenko final mərhələsində rəqibindən 0.214 saniyə geri qalaraq olimpiadanı gümüş medalla başa vurdular. Yunan-roma güləşçiləri Sabah Şəriəti və Rəsul Çunayev, kanoeçi İnna Osipenko-Radomska, taekvondoçular Patimat Abakarova və Milad Beygi, boksçu Kamran Şahsuvarlı, qadın güləşçi Nataliya Sinişin, sərbəst güləşçilər Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov isə Rio-de-Janeyro Olimpiadasının bürünc medallarına sahib oldular.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 2 nəfər "Şöhrət" ordeni, 8 nəfət "Vətənə xidmətə görə" ordeni, 18 nəfər "Tərəqqi" medalı, 16 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.