Azərbaycan Hərbi Dəniz Qüvvələri
Azərbaycan hərbi qüvvələrinin dəniz döyüş bölməsi / From Wikipedia, the free encyclopedia
Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü.[1] 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı.
Cəld faktlar Növü, Yaranma tarixi ...
Azərbaycan Hərbi Dəniz Qüvvələri | |
---|---|
| |
Növü | Dəniz Qüvvələri |
Yaranma tarixi | 1919-1920, 1992-h.h |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir |
• Döyüş və yardımçı gəmilər briqadası • Sualtı Hücüm və Sualtı Müdafiə xüsusi təyinatlı dəstələri • Dəniz piyadaları |
Vəzifəsi | Azərbaycanın ərazi bütövlüyünü dənizdən müdafiə |
Sayı | 5.000 |
Himayədarı | Azərbaycan Respublikası Müdafiə Nazirliyi |
Təchizatı |
• 10 ədəd Gözətçi gəmisi |
Müharibələr |
Ənzəli əməliyyatı (1920) |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi.[2]