Bəziləri isti sevir
From Wikipedia, the free encyclopedia
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır[~ 1] (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir[1]. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır[2].
Bəziləri isti sevir | |
---|---|
Some Like It Hot | |
Janr | Ekssentrik komediya |
Rejissor | Billi Uaylder |
Prodüserlər | İ. A. L. Daymond, Billi Uaylder, Don Harrison |
Ssenari müəllifləri |
İ. A. L. Daymond, Billi Uaylder Robert Toeren, Mixael Loqan (tarixçə) |
Baş rollarda |
Merilin Monro Toni Körtis Cek Lemmon |
Operator | Çarlz Lenq |
Bəstəkar | Adolf Doyç |
Distribütor | Netflix, iTunes[d] |
İlk baxış tarixi | 29 mart 1959 |
Müddət | 119 dəq. |
Büdcə | &&&&&&&&02883848.&&&&&02.883.848 ABŞ dolları |
Gəlir | $25 milyon |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2009 |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | San-Dieqo |
IMDb | ID0053291 |
Vikianbarda əlaqəli mediafayllar |
"Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir. Filmin ssenarisində 50-ci illərin əxlaq normaları baxımından qəhrəmanların olduqca ədəbsiz atmacaları və süjet çevrilmələri mövcud idi. Seksual mənaları ifa edən səhnələrin nümayişi, senzura orqanları tərəfindən ənənəvi əxlaq normalarına zidd hərəkət kimi qiymətləndirilmişdir. Bununla belə, lent geniş prokata buraxılır və onun kinoteatrların ekranlarında nümayişi tədricən Hollivudun əxlaq kodeksindən imtinasına gətirib çıxarır. Tənqidçilər filmə əsasən müsbət rəy vermişdilər; mütəxəssislər tərəfindən isə, o, Amerika kino sənayesi tarixində ən yaxşı komediyalarından biri seçilmişdir. Janrların sərbəst qarışığı və müharibədən əvvəlki qanqster filmlərinə edilən parodiya mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir[3]. Filmin ssenarisi, rejissor işi və aktyor oyunu həm seyirci, həm də jüri tərəfindən bəyənilmişdir. Çatışmazlıqlar arasında isə, tənqidçilər lazımsız epatajlığı və süjetin qeyri-təbiiliyini qeyd etmişdilər. Film üzərində işləyərkən, Merilin Monro ciddi psixoloji böhran yaşayır; o, intihar cəhdindən sonra bir müddət xəstəxanaya yerləşdirilir. Buna görə film üzərində işlərin tamamlanması təxminən 15–18 günə uzadılır, bu isə büdcədə artıq xərclərə səbəb olur. Bununla belə, filmdən alınan gəlir xərcləri qat-qat üstələyir: başlanğıcda 2,8 milyon dollar büdcəsi olan film, yalnız Şimali Amerikada təxminən 7 milyon dollar gəlir əldə edir.
Məhz bu əsər ilə birlikdə Cek Lemmonun rejissor Billi Uaylderlə uzun illər davam edən uğurlu əməkdaşlığı başlayır. Film "Oskar" mükafatını və "Qızıl Qlobusun" daha 3 mükafatını qazanmışdır. Amerika Kinosənəti İnstitutu (AFI) onu bütün zamanların ən yaxşı komediyası elan etmişdir. Filmdə ifa olunan mahnılar, xüsusilə də "I Wanna Be Loved by You" böyük populyarlıq əldə etmişdir. Qəhrəmanların cümlələri sonralar ingilis dilinin danışıq versiyasına daxil edilmişdir.