Bir cənub şəhərində
From Wikipedia, the free encyclopedia
Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev[1] tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında[2] istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər.
Cəld faktlar Bir cənub şəhərində, Janr ...
Bir cənub şəhərində | |
---|---|
| |
Janr | dram |
Rejissor | Eldar Quliyev |
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Həsən Məmmədov Eldəniz Zeynalov Hacımurad Yegizarov Məcid Dadaşov Natella Adıgözəlova |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 27 yanvar 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
8 hissə 2199,3 metr |
Rəng | ağ-qara |
IMDb | ID4263876 |
Bağla