Boqovin gölü
From Wikipedia, the free encyclopedia
Boqovin gölü (mak. Боговинско Езеро) — Rudako-Planina dağlarında yerləşən göl. Gölün yerləşdiyi ərazi öz növbəsində Şar-Planina dağ massivində qərarlaşır. Buzlaq mənşəlli göldür. Buzlaqların çəkilməsi nəticəsində formalaşmışdır. Makedoniyanın şimal-qərbində Boqovine rayonu Nivi-Selo kəndi ərazisində yerləşir. Yüksək dağ gölüdür. Bu səbəbdən ətrafında əsasən alp çəmənlikləri yayılmışdır.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Boqovin gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1936 m |
Eni | 210 km |
Uzunluğu | 245 km |
Sahil uzunluğu | 1,2 km |
Sahəsi | 0,06688 km² |
Dərin yeri | 2,2 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
41°57′02″ şm. e. 20°47′32″ ş. u. | |
Ölkə | Şimali Makedoniya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla