Braziliya – Almaniya (2014 FİFA Dünya Kuboku)
From Wikipedia, the free encyclopedia
2014-cü il futbol üzrə dünya çempionatının Braziliya və Almaniya komandaları arasında keçirilən yarımfinal matçı 8 iyul tarixində Belu-Orizonti şəhərində yerləşən "Mineyran" stadionunda keçirilmişdi. Braziliya yığması bu oyunda Almaniyaya 1:7 hesabı ilə darmadağın olmuşdu. Bu qələbənin nəticəsində Almaniya Çempionatın final mərhələsinə adlamışdı.
Braziliya – Almaniya (2014 FİFA Dünya Kuboku) | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | Futbol üzrə dünya çempionatı 2014 (1/2 final) | ||||||
|
|||||||
Tarix | 8 iyul, 2014-cü il | ||||||
Yer | Mineyran, Belu-Orizonti | ||||||
Matçın adamı | Toni Kroos | ||||||
Hakim | Marko Rodriges | ||||||
Tamaşaçı | 58141 | ||||||
Hava | 21°С, günəşli |
Vurulan 8 qol nəticəsində bu matç futbol üzrə dünya çempionatı tarixində keçirilən yarımfinal oyunları arasında ən böyük hesablı olmuşdur. Bu oyunun nəticəsində Almaniya yığma komandası dünya çempionatının yarımfinalında və ya finalında 7 qol vurmuş ilk komanda oldu.
Braziliya komandasına ikinci qolu vurmuş Almaniyanın 36 yaşlı oyunçusu Miroslav Kloze, Braziliyalı Ronaldonun nəticəsini də qabaqlayaraq dünya çempionatı tarixinin ən yaxşı bombardiri olmuşdur (Karyerası ərzində 16 qol). Almaniya yığması, həmçinin, dünya çempionatı tarixində ən çox qol vurmuş komanda oldu: Almanların hesabında bu oyundan sonra 223 vurulmuş qol, Braziliyalıların hesabında isə — 221 qol oldu. Bu oyuna qədər dünya çempionatının qrupdan sonrakı mərhələsində bu komandalar yalnız bir dəfə qarşılaşmışdılar. 1974-cü ildə dünya çempionatının qrupdan sonrakı mərhələsində Braziliya Şərqi Almaniya ilə qarşılaşmışdı. Lakin FİFA, hazırkı Almaniya yığma komandasının sələfi olaraq Qərbi Almaniya komandasını hesab edir. 1-7 hesabı ilə Almaniyanın xeyrinə başa çatan oyundan sonra Almaniya yığması Braziliyadan 2002-ci ildəki məğlubiyyətinin (0:2) revanşını aldı.
Bu məğlubiyyət Braziliya futbol komandasının tarixində ən böyük hesablı olmuşdur: yeganə olaraq komanda altı qol fərqi ilə təxminən 96 il əvvəl məğlub olmuşdu (1920-ci ildə Çilidə keçirilən futbol üzrə Cənubi Amerika çempionatında Uruqvay yığma komandasına 0:6 hesabı ilə məğlub olmuşdu). Həmçinin, Braziliyalılar rəsmi turnirlərdə ev oyunlarında ilk dəfə olaraq 1975-ci ildə məğlub olmuşdular. Onların məğlubiyyətsizlik seriyası 62 matç davam etmişdi.
Bu oyun Braziliya ilə yanaşı dünya miqyasında da "Mineyraso" adı ilə tanınır.