Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi
1941-ci ildə SSRİ və Böyük Britaniyanın İrana ordu yeritməsi / From Wikipedia, the free encyclopedia
Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi və yaxud Britaniya–SSRİ qoşunlarının İranı işğal etməsi, həmçinin kod adı "İran əməliyyatı", "Razılaşma" əməliyyatı — Böyük Britaniya (Hindistan müstəmləkə qoşunları da daxil olmaqla), Avstraliya və SSRİ, digər tərəfdən Pəhləvilər İranı arasında İkinci Dünya müharibəsi zamanı 25 avqust — 17 sentyabr 1941-ci ildə baş vermiş silahlı münaqişə.
İngilis-Sovet qoşunlarının İrana müdaxiləsi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
| |||
Tarix | 25 avqust – 17 sentyabr 1941-ci il | ||
Yeri | Pəhləvilər İranı | ||
Səbəbi | İranı nəzarət altına almaq | ||
Nəticəsi | Böyük Britaniya və SSRİ-nın qələbəsi | ||
Ərazi dəyişikliyi |
İranın bir hissəsinin sovet (şimal) və ingilis (cənub-qərb) qoşunları tərəfindən işğalı (1946-cı ilə qədər); Almaniyapərəstlikdə şübhəli bilinən Rza şah Pəhləvinin taxtdan əl çəkməsi və ölkədən qovulması; SSRİ-nin koalisiya müttəfiqlərindən maddi yardım almağa başladığı Trans-İran marşrutunun formalaşması |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Müdaxilə Sovet İttifaqının nasist Almaniyasının hücumundan və Sovet İttifaqının Böyük Britaniya ilə razılaşmasından iki ay sonra baş tutdu. Hücum həm də Müttəfiqlərin qonşu İraqda və Fransanın Suriya və Livan koloniyalarında Berlin-Roma-Tokio oxu qüvvələri üzərində qələbəsindən iki aydan az bir müddət sonra baş verdi.
Əməliyyat İranın neft yataqlarının təhlükəsizliyini təmin etmək və Berlin-Roma-Tokio oxu ölkələri və onların müttəfiqlərinə qarşı hərbi əməliyyatlar aparan Sovet İttifaqına təchizat yollarının yaradılması məqsədilə həyata keçirilib. İranın neytrallıq mövqeyinə baxmayaraq, anti-Hitler koalisiyası tərəfindən nasist Almaniyasının müttəfiqi hesab edilən Rza şah Pəhləvi əməliyyatın sonunda devrildi və kiçik oğlu Məhəmməd Rza Pəhləvi İran taxtına oturdu.
Kod adı "İran əməliyyatı'", "Razılaşma" əməliyyatı olan işğal sayca və texnoloji cəhətdən üstün olan İran qüvvələrinin zəif müqaviməti ilə nəticələndi. Çünki İrana qəfil hücum Pəhləvilər dövləti üçün gözlənilməz oldu. İranlıların fəal müqavimətini təşkil edə bilməməsi onun rəqibləri tərəfindən taktiki sürprizlə döyüş əməliyyatlarını bitirməsinə səbəb oldu. Müdaxilə İraq Krallığı, Azərbaycan SSR və Türkmənistan SSR istiqamətindən çoxşaxəli koordinasiyalı hərəkətlər ilə tənzimlənmişdi. Hücumdan 3 ay əvvəl britaniyalılar İraq əməliyyatı çərçivəsində İraqda hərbi çevriliş edərək faşist yönümlü iqtidarı devirmişdilər. Buna görə İrana qərbdən müdaxilə itkisiz ötüşdü. Döyüşlər avqustun 25-də başladı və avqustun 31-də İran hökumətinin artıq atəşkəslə razılaşaraq təslim olmağa rəsmi razılıq verməsi ilə başa çatdı. Müharibə müddətində İran ərazisi müvafiq olaraq Sovet və Britaniyanın təsir dairələrinə bölündü. Həmədan və Qəzvindən şimaldakı ərazilər SSRİ-nin, onlardan cənubda yerləşən ərazilər isə Britaniyanın təsir zonasına daxil oldu
Şahın onun təkidi ilə müharibə başlamazdan əvvəl çəkilmiş yol və nəqliyyat marşrutları şəbəkələrini ləğv etmək istəməməsi anti-Hitler koalisiyası uğrunda müharibənin aparılmasını xeyli asanlaşdırdı və əməliyyatı sürətləndirdi. İran ərazisinin böyük dövlətlərin qoşunları tərəfindən işğalına baxmayaraq, onların rəhbərləri Tehran konfransında dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqda maraqlı olduqlarını təsdiqlədilər. İkinci Dünya müharibəsi illərində Lend-liz proqramı üzrə tədarük edilən təhcizatın 34%-ə qədəri Fars Dəhlizi vasitəsilə Sovet İttifaqına çatdırıldı. İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dayandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı qoşunları çıxarmaqdan imtina etdi. Bu isə öz növbəsində İran böhranı məsələsinə gətirib çıxardı. Böhran İranın xeyrinə həll olundu. Bu böhran Soyuq müharibənin ilk münaqişələrindən biri kimi də qəbul edilir.
Britaniya imperiyası öz qoşunlarının İran ərazisindən çıxarılmasını 1946-cı ilin martında, Sovet İttifaqı isə 1946-cı ilin mayında başa çatdırdı.