Buçintoro
From Wikipedia, the free encyclopedia
Buçintoro (it. Bucintoro) - Venesiya dojlarının istifadə etdikləri mərasim qalerası. Qaleranın geniş yayılmış digər adları "Bukentavr" və ya "Buçentavrdır". XII əsrdən 1798-ci ilə qədər Zühur günü Venesiya doju bu qalerada əhali arasında görünərək "Adriatik dənizi ilə nikah" mərasimini nümayiş etdirirdi.
Buçintoro | |
---|---|
Şərəfinə adlandırılıb | Ximera |
Hündürlüyü | 66 sm |
Vikianbarda əlaqəli mediafayllar |
Tədqiqatçılar indiyədək 4 ədəd böyük qaleranın olmasını və bunlardan birincisinin 1311-ci ildə tikildiyini bildirirlər. Sonuncu və ən möhtəşəm buçintoro 1729-cu ildə Venesiya doju III Alvize Sebastyano Moçeniqonun dənizlə nikah mərasimi üçün tikilmişdir. Covanni Antonio (Kanaletto) və Françesko Qvardinin rəsmlərində təsvir olunmuş bu qaleranın uzunluğu 35m, eni isə 8 m-dən çox olmuşdur. İkimərtəbəli üzən salon 90 nəfərlik sərnişin daşıma tutumuna malik idi. Dojun taxtı gəmi sarğısında yerləşirdi, gəminin burnunda isə əlində qılınc və tərəzi tutmuş ilahə Yustisiyanın fiquru var idi. Bu qaleranın hərəkət etməsi üçün 168 nəfər avarçəkən və 40 nəfər matrosun iştirak etmişdir. Gəmi 1798-ci ildə Napoleon ordusu tərəfindən Venesiyanın işğal olunmasını simvolizə etmək üçün məhv edilmişdir.
2008-ci ilin fevralında Fondaziono Bucintoro 1729-cu ildəki qaleranın yenidən tikintisi üçün 20 milyon avroya başa gələcəyini elan etmişdir. 2008-ci il 15 mart tarixində Venesiya Arsenalında buçintoronun tikintisinə başlanılmışdır.