COVID-19 pandemiyası
2019-cu ildə Çin'in Uhan şəhərində başlayan və sonradan pandemiyaya çevrilən virus / From Wikipedia, the free encyclopedia
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
COVID-19 koronavirus pandemiyası | |
---|---|
Xəstəlik | COVID-19 |
Səbəbi | Koronavirus xəstəliyi 2019 |
Yer | Qlobal; hazırkı episentri: ABŞ |
İlk qarşılaşma |
Uhan, Hubey, Çin[1] 30°37′11″ şm. e. 114°15′28″ ş. u. |
Tarix |
1 dekabr 2019–indiyə kimi (4 il, 5 ay, 1 həftə) |
Statistika | |
Yoluxma sayı | 44,252,677 [2] |
Aktiv hallar | 10,633,693[2] |
Ölüm sayı | 1,171,479[2] |
Sağalanların sayı | 32,447,505[2] |
Ərazi | 192[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir[4][5][6]. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir[7] və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur.
22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi[8][9]. Ümumilikdə 14 şəhərdən gediş məhduddur[10]. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb.
Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. 26 yanvar 2022-ci il tarixinə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 358,549,410 nəfərə çatıb. Bunların 300 milyon nəfəri sağalıb, 5,615,597 nəfəri isə ölüb.[11] Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.[12]