Ermənistanın avtomobil yolları
From Wikipedia, the free encyclopedia
Ermənistanın avtomobil yolları — respublikanın nəqliyyat sisteminin mühüm tərkib hissəsidir. İnkişaf etməmiş dəmir yolu şəbəkəsi ilə Ermənistanın yolları ölkənin sosial-iqtisadi inkişafında həlledici əhəmiyyətə malikdir. Ermənistanın avtomobil yollarının beynəlxalq daşımalarda da rolu əvəzsizdir.
Ermənistanda formalaşmış ümumi istifadədə olan avtomobil yolları şəbəkəsi 7637 km-dir ki, bunun da 96,7%-i bərk örtüklüdür. Respublika ərazisinin hər 1000 km²-ə 258 km yol düşür[1][2].