2022 FİFA Dünya Kuboku
From Wikipedia, the free encyclopedia
2022 FIFA Dünya Kuboku 20 noyabr - 18 dekabr 2022-ci il tarixləri arasında Qətərdə keçirilən 22-ci FİFA Dünya Kuboku turniridir. 2 dekabr 2010-cu ildə keçirilən səsvermə nəticəsində FİFA bu turnirin Qətərdə təşkil edilmə qərarı aldı. Turnirdəki qarşılaşmalar 5 müxtəlif şəhər və 8 fərqli stadionda oynanılıb.
Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. (dekabr 2022) |
2022 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Qətər |
Tarix | 20 noyabr – 18 dekabr |
Başlama tarixi | 20 noyabr 2022 |
Bitmə tarixi | 18 dekabr 2022 |
Komanda sayı | 32 |
Stadion sayı | 8 (5 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Argentina milli futbol komandası |
Çempion | Argentina (3-cü dəfə) |
Gümüş medalçı | Fransa |
Bürünc medalçı | Xorvatiya |
Dördüncü yer | Mərakeş |
Yarış statistikası | |
Oyun sayı | 64 |
Qol sayı | 172 (matç başına: 2.69) |
Tamaşaçı sayı | 3404252 matç başına: 53191 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Kilian Mbappe (8 qol) [1] |
Ən yaxşı oyunçu | Lionel Messi |
Ən yaxşı gənc oyunçu | Enzo Fernandes |
Ən yaxşı qapıçı | Emiliano Martinez |
Fair Play mükafatı | İngiltərə |
← 2018 2026 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Qətər Futbol Federasiyası tərəfindən təşkil olunan bu turnir müxtəlif ilklər və sonları əhatə edir. Bu, əsasən ərəb və müsəlman dünyasında keçirilən ilk dünya çempionatıdır. Bu, həmçinin 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın ev sahibliyi etdiyi FIFA Dünya Kubokundan sonra Yaxın Şərqdə ilk, Asiyada isə ikinci dünya çempionatıdır. Bu turnirin digər bir fərqi odur ki, 32 milli komandanın iştirak etdiyi sonuncu dünya çempionatıdır; çünki 2026-cı ildə etibarən komandaların sayının 48-ə çatdırılması qərara alınıb.[2]
Qətərdə yay aylarında kəskin istilər səbəbindən bu mundial noyabrın sonundan dekabrın ortalarına kimi keçirilib. Beləcə bu turnir may, iyun və ya iyul aylarında deyil, Şimal yarımkürəsində payız və qış aylarında keçirilən ilk turnirdir. Tədbir təxminən 29 gün müddətində, yəni digərlərindən bir qədər qısa müddətdə oynanıldı. Turnirlə əlaqədar olaraq dünyada, xüsusən də Avropada futbol liqaları təxminən 1 aya yaxın dayandırılıb.[3][4]
Turnir 20 noyabr 2022-ci il tarixində, Azərbaycan vaxtı ilə saat 20:00-da, Havr şəhərində ev sahibi Qətərin Ekvadora 2:0 hesabı ilə uduzmsı ilə başladı.[5] Qətər öz qrupunda hər üç oyunda məğlub olan ilk ev sahibi ölkə oldu. Turnirin finalı 18 dekabr 2022-ci il tarixində, Azərbaycan saatı 19:00-da, Lüseyl stadionunda Argentina və Fransa arasında oynanıldı. Normal vaxtda 2-2, əlavə vaxtda 3-3 hesabı ilə başa çatan matçda Argentina penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək turnirin çempionu olub.[6]1986-cı ildə son çempion olan Argentina bu turnirdə üçüncü dəfə kuboka sahib çıxıb. Fransız oyunçu Kilian Mbappe, 1966-cı ilin finalında İngiltərə yığmasının oyunçusu Geoff Hurstdən sonra Dünya Kubokunun finalında het-trik edən ilk oyunçu oldu.[7]
Turnirin qalibi olan Argentina, 2010 FIFA Dünya Kuboku çempionu İspaniyadan sonra ilk qrup matçında məğlub olmasına baxmayaraq, FIFA Dünya Kuboku tarixində kuboku qazanan ikinci ölkə oldu. Bundan əlavə, iki turnir (2010 və 2022) Dünya Kubokları tarixində ev sahibi ölkələrin qrup mərhələsində mübarizədən kənarlaşdırıldığı turnirlərdir. 2010-cu ildə İspaniya ilk qrup matçında İsveçrəyə uduzsa da, kuboku qazandı. Həmin turnirin ev sahibi Cənubi Afrika qruplarda mübarizədən kənarlaşdırılan ilk ev sahibi ölkə kimi qeydə alınıb. 2022-ci ildə ev sahibi Qətər öz qrupunda hər üç matçda məğlub olaraq mübarizədən kənarlaşdırılan ilk ev sahibi oldu. Kuboku qrupdakı ilk oyunda Səudiyyə Ərəbistanına uduzan Argentina qazanıb.
Fransalı futbolçu Kilian Mbappe turnir boyu 8 qol vuraraq bombardir olub və “Qızıl buts”u qazanıb. Argentinalı futbolçu Lionel Messi turnirin ən yaxşı oyunçusu seçilib və “Qızıl top”u qazanıb. Turnirin ən yaxşı qapıçısına verilən “Qızıl Əlcəy”i də Argentinadan olan Emiliano Martines qazanıb. Argentinalı Enzo Fernandes turnirin ən yaxşı gənc oyunçusu seçilib. İngiltərə turnirin fair-play mükafatını qazandı.