Fələstinlilər
From Wikipedia, the free encyclopedia
Fələstinlilər (ərəb. الفلسطينيون, əl-Filəstiniyyun; ivr. פָלַסְטִינִים, Faləstinim) və ya Fələstin xalqı (ərəb. الشعب الفلسطيني, əş-şəb əl-Filəstini), həmçinin Fələstin ərəbləri və ya fələstinli ərəblər (ərəb. العرب الفلسطينيون, əl-ərəb əl-Filəstiniyyun) — minilliklər boyu Fələstin regionunda məskunlaşmış, indiki dövrdə mədəni və linqvistik baxımdan ərəb olan xalqlardan törəmiş[1][2][3][4][5][6][7][8][9] etnomilli qrup.[10][11][12][13][14][15][16]
Müxtəlif müharibələrə və mühacirətlərə baxmayaraq, dünyadakı Fələstin əhalisinin təxminən yarısı indiki İsraili, Fələstinin Qərb sahili və Qəzzə zolağının ərazilərini əhatə edən keçmiş Fələstin mandatı ərazisində yaşamağa davam edir.[17] İsraildə fələstinlilər ölkənin ərəb vətəndaşlarının bir hissəsi olaraq əhalinin demək olar ki, 21 faizini təşkil edir.[18] Onların bir çoxu fələstinli qaçqın və ya məcburi köçkün fələstinlilərdir. Odur ki, onlar arasında bir milyon çox fələstinli Qəzzə zolağından,[19] təxminən 750,000 nəfəri İordan çayının qərb sahilindən[20] və təxminən 250,000 İsrailin özündəndir. Fələstin diasporunun yarıdan çoxu heç bir ölkədə qanuni vətəndaşlığı olmayan apatrid şəxslərdir.[21] Diaspor əhalisinin 2,1 milyonu qonşu İordaniyada qaçqın kimi qeydiyyatdadır və onların əksəriyyəti İordaniya vətəndaşıdır.[22][23]