Goravan səhrası
From Wikipedia, the free encyclopedia
Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Goravan səhrası | |
---|---|
erm. Գոռավանի անապատ | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 0,03 km² |
Yerləşməsi | |
39°54′ şm. e. 44°44′ ş. u. | |
Ölkə | Ermənistan |
Bağla
Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir[1] Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır.