Hüquq ailəsi
From Wikipedia, the free encyclopedia
Hüquq ailəsi və ya hüquq sistemi — müqayisəli hüququn mərkəzi anlayışlarından biri; ümumi hüquq mənbəyi, əsas anlayışlar, hüququn strukturu və onun formalaşmasının tarixi yolu ilə birləşdirilən milli hüquq sistemlərinin geniş məcmusu.
Hüquqi ailə termini elmi dövriyyəyə alman alimi Qotfrid Leybnits tərəfindən daxil edilmişdir, o, 1667-ci ildə Nova Methodus Discendae Docendaeque Iurisprudentiae (hüquq elminin öyrənilməsi və tədrisinin yeni üsulları) əsərini latın dilində nəşr etdirmişdir. Məhz bu əsərdə Leybnits ailə-genetik yanaşmadan istifadə edərək bir sıra ölkələrin qanunlarının vahid mənbəsinin olması və inkişafın oxşarlığını vurğulayaraq unikal ailələrdə mümkün birləşməsi ideyasını irəli sürmüşdür[1] . Bir qədər əvvəl Leybnits dil ailəsi (dillər ailəsi) terminini yaradaraq dillərlə bağlı oxşar ideyalar irəli sürmüşdür.
Hər bir hüquq sistemi unikaldır, lakin müqayisəli hüquq onların oxşar və fərqli cəhətlərini müəyyən etməklə hüquq sistemlərinin tipologiyasını yaratmağa imkan verir. Bu yolla hüquq ailəsi adlanan hüquq sistemlərinin növləri formalaşır. Meyarlar aşağldakılardır:
- hüquq mənbələrinin əlaqəsi və istifadəsi,
- presedentlərin yaradılmasında məhkəmənin rolu,
- hüquq sisteminin mənşəyi və inkişafı.
Ən məşhuru fransız alimi Rene Davidin[2] təsnifatıdır, ona görə aşağıdakılar fərqlənir:
- Roman-german hüquq ailəsi,
- Anqlosakson hüquq ailəsi,
- dini hüquq ailəsi (müsəlman, yəhudi və s.),
- sosialist hüquq ailəsi,
- ənənəvi hüquq ailəsi ,
- bəzi digər hüquq ailələr.