Hotakilər
From Wikipedia, the free encyclopedia
Hotaki dövləti — 1709-1738-ci illərdə indiki Əfqanıstanı, İran və Pakistanın bir hissəsini əhatə etmişdir. Bu dövlət 1709-cu ldə Mir Veys Hotaki tərəfindən Qəndəharda əsası qoyulmuşdur. Paştun mənşəli Gilzay tayfasının başçısı olan Mir Üveys Səfəvilərin tabeliyində olan Qəndəhar şəhərində çıxardığı üsyan nəticəsində 1709-cu ildə Qəndəhar ələ keçirilir və Hotaki dövləti yaradılır. Bundan sonra Hotakilər mütəmadi olaraq Səfəvilərin tabeliyində olan ərazilərə yürüş etməyə başlayırlar. Hotaki dövlətinin çiçəklənməsi dövrü Mir Mahmud Hotakinin zamanında olur. Onun dövründə Hotakilər Səfəvilərin paytaxtı İsfahanı ələ keçirir və Mir Mahmud Hotaki özünü şah elan edir. Hotaki dövlətinin varlığına 1738-ci ildə Nadir şah Əfşar tərəfindən Qəndəharın ələ keçirilməsi ilə son qoyulmuşdur.
Tarixi dövlət | |||
Hotakilər | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt | Qəndəhar | ||
Rəsmi dilləri |
Puştu dili Fars dili |
||
Dövlət dini | İslam (Sünni) | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Tarixi | |||
• 1722 | Gülnabad döyüşü | ||
• 1722 | İsfahanın mühasirəsi | ||
• 1729 | Damğan döyüşü | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |