Jül Vern
From Wikipedia, the free encyclopedia
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[2][3][…], Nant[4][5][…] – 24 mart 1905[3][6][…], Amyen[4][5][…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Jül Vern | |
---|---|
fr. Jules Gabriel Verne | |
Doğum adı | Jules Gabriel Verne[1] |
Doğum tarixi | 8 fevral 1828(1828-02-08)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1905(1905-03-24)[3][6][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | nasir, dramaturq |
Fəaliyyət illəri | 1850-1905 |
Əsərlərinin dili | fransız dili[1] |
Janr | Elmi fantastika |
İlk əsəri | Beş həftə hava şarında |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Mükafatları | |
Jül Vern Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.