Katalan müstəqillik hərəkatı
From Wikipedia, the free encyclopedia
Kataloniya müstəqillik hərəkatı — tarixən törəmiş sosial hərəkat. Hərəkatın məqsədi Kataloniyanın İspaniyadan ayrılmağı və müstəqil bir dövlət olmağıdır. "Mavi" və "qırmızı" versiyası olan Estelada bayrağı onun əsas simvolu olmuşdur. Senyera Estelada, 20-ci əsrin əvvəllərində Kuba və Puerto Rican devrimci bayraqları ilə ənənəvi Katalan Senyera birləşməsidir. O vaxtdan etibarən Estelada bir neçə bayrağı özündə birləşdirdi: Estelada Vermella ilə sol tərəfli Respublikaçılığı təmsil edən bayrağını, daha konservativ hərəkatını təmsil edən Estelada Blava bayrağını və hətta Estelada Blaugrana ilə FC Barcelona-nın Müstəqilliyini dəstəkləyən bayraqlarını birləşdirdi. Katalan Müstəqillik hərəkatı 1922-ci ildə Francesc Macià siyasi partiya Estate Català (Katalan Dövləti) qurduqdan sonra başladı. 1931-ci ildə Estat Català və digər partiyalar Esquerra Republicana de Catalunya (Solçu Kataloniya Respublikası) meydana gətirdi. Macià 1931-ci ildə Katalan Respublikasını elan etdi, sonra ikinci İspaniyanın liderləri ilə danışıqlar aparıldıqdan sonra ispan dövləti daxilində muxtariyyət qəbul etdi.İspan Vətəndaş müharibəsi zamanı General Fransisko Franko 1938-ci ildə Katalan avtonomiyasını ləğv etdi. 1975-ci ildə Franco ölümündən sonra, Katalan siyasi partiyaları müstəqillikdən çox muxtariyyətə yönəlmişdi. kat. independentisme català
Müasir müstəqillik hərəkatı 2010-ci ildə İspaniyanın Konstitusiya Məhkəməsinin Kataloniyada referendum yolu ilə qəbul edilmiş 2006-cı muxtariyyət müddəasının bəzi maddələrininin İspaniya konstitusiyaya tammailə zidd olduğuna qərar verdikdən sonra başlamışdır. Qərara qarşı xalqın etirazı tez bir zamanda müstəqillik tələblərinə çevrildi. Arenys de Munt şəhərindən başlayaraq, Kataloniyada 550-dən çox bələdiyyə 2009-2011-ci illəri arasında müstəqillik haqqında simvolik referendumlar keçirdi. Səs vermə hüququ olan şəxslərin 30 faizinin iştirakı ilə yüksək "hə" səsi toplandı. Mədəniyyət təşkilatı olan "Òmnium Cultural" Məhkəmənin qərarına qarşı 2010 etiraz nümayişi təşkil etdi və bir milyondan artıq insan bu nümayişdə iştirak etdi. Məşhur hərəkat siyasətçiləri də hərəkata cəlb etdi, 11 sentyabr 2012-ci ildə (Kataloniya Milli Günü) ikinci kütləvi etiraz aksiyası Katalan hökumətini müstəqilliyə doğru prosesi başlamağa çağırdı. Katalan prezidenti Artur Mas birdən-birə ümumi seçki təşkil etdi və bu seçkilərdə region tarixində ilk dəfə əksəriyyət tərəfindən müstəqilliklə nəticələndi. Yeni parlament 2013-cü ilin əvvəlində Katalanın hakimiyyət deklarasiyasını qəbul edərək Katalan xalqının öz siyasi gələcəyini təyin etmək hüququna malik olduğunu iddia etdi.
Katalonya hökuməti, dövlətçilik məsələsində 2014-cü ilin noyabr ayında keçiriləcək referendum elan etdi. Referendumda iki sual verilirdi: "Kataloniyanın dövləti olmağını istəyirsiniz?" və əgər istəyirsinizsə "bu dövlətin müstəqil olmasını istəyirsiniz?" İspaniya Hökuməti təklif edilən referendumu Konstitusiya Məhkəməsinə göndərdi və Məhkəmə bunun Konstitusiyaya zidd olduğuna qərar verdi. Sonradan Kataloniya hökuməti məcburi referendumu məcburi olmayan məsləhətləşməyə çevirdi. Baxmayaraq ki, İspaniya Məhkəməsi qeyri-məcburi səsləri də qadağa edir, Kataloniyada öz müqəddəratını təyin etmə referendumu 9 Noyabr 2014 tarixində davam etdi. Nəticə 42% iştirakçının səsindən 81% səs "hə-hə" olmuşdur. Artur Mas Sentyabr, 2015-ci ildə keçiriləcək başqa bir seçki təşkil etdə və bunu müstəqillik üçün referendum adlandırdı. Müstəqilliyi partiyaları Sentyabr seçkilərində səslərin əksəriyyətinə (47%) çatdılar. Yeni parlament 2015-ci ilin noyabrında müstəqillik prosesinin başlanmasını elan edən qətnamə qəbul etdi. Sonrakı il yeni prezident Karles Puçdemon müstəqillik haqqında məcburi referendum elan etdi. İspan hökuməti və Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz hesab edilənə baxmayaraq referendum 1 Oktyabr 2017 tarixində edildi. Müstəqillik əleyhinə olan partiyaların iştirak etməməyə çağırdığı səsvermədə nəticələr, seçicilərin yüzdə 90-lıq səs nisbətini müstəqillik tərəfdarı olaraq göstərdi və səsvermə hüququ olan insanlardan 43% iştirak etdi. Bu nəticəyə əsasən, 27 oktyabr 2017-ci ildə Kataloniya Parlamenti səsvermə yolu ilə müstəqil respublikanı birtərəfli qaydada yaradan qətnamə qəbul etmişdir halbuki İspaniyanın Konstitusiya Məhkəməsinin qərarlarını pozduqları üçün Kataloniya Parlamentinin vəkillərinin səsverməni qanunsuz hesab etmişdir.