Konqo DR bayrağı
From Wikipedia, the free encyclopedia
Konqo Demokratik Respublikası bayrağı (fr. Drapeau de la République démocratique du Congo) — Afrikada yerləşən müstəqil dövlət Konqo Demokratik Respublikasının dövlət bayrağı. Bayraq mavi fonda yerləşən sarı beşguşəli ulduzdan və bayrağı dioqanal kəsən sarı cizgili qırmızı xətdən ibarətdir. Bayraq 20 fevral 2006-cı ildə qəbul olunub. 2005-ci ilin dekabrında təsdiqlənmiş yeni konstitusiya 1963-1971-ci illərdə istifadə olunmuş bayrağa çox oxşar bu bayrağın istifadə edilməsinə dəstəkləyib. 1963-1971-ci illərdə istifadə olunmuş bayraq ilə yeni bayraq arasındakı fərq yeni bayraqda göy rəngin daha açıq olmasıdır. Bayraqda göy rəng sülhü, qırmızı ölkə uğrunda ölən şəhidlərinin qanını, sarı rəng ölkənin zənginliyini, sarı ulduz isə ölkənin işıq saçan gələcəyini simvolizə edir.[2]
Konqo DR bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 3:4[1] |
Vikianbarda əlaqəli mediafayllar |