Kral Opera Teatrı (Valletta)
From Wikipedia, the free encyclopedia
Kral Opera Teatrı və ya Kral Teatrı (malta It-Teatru Rjal, it. Teatro Reale ) — Maltanın paytaxtı Vallettada yerləşən opera teatrı və səhnə sənətləri məkanı.
Cəld faktlar Ümumi məlumatlar, Teatrın tipi ...
Kral Opera Teatrı | |
---|---|
malta It-Teatru Rjal | |
Ümumi məlumatlar | |
Teatrın tipi | Opera teatrı |
Əsası qoyulub | 1866 |
Teatr binası | |
Memar | Eduard Middleton Barri |
Açılıb | 1866 |
Bərpa edilib | 2013 (Açıq hava teatrı olaraq açıldı) |
Tutumu | 1295 |
Yerləşməsi | |
35°53′47″ şm. e. 14°30′37″ ş. u. | |
Ölkə | |
Yerləşir | Valletta, Malta |
culture.gov.mt/en/pjazza… | |
Vikianbarda əlaqəli mediafayllar[1] |
Bağla
Bina ingilis memar Eduard Middleton Barri tərəfindən dizayn edilmiş və 1866-cı ildə qurulmuşdur. 1873-cü ildə binanın daxilində baş verən yanğında olduqca zərər görsə də, 1877-ci ilə qədər bərpa edildi. Teatr 1942-ci ildə II Dünya Müharibəsi zamanı hava bombardmanından birbaşa zərbə aldı. Dağıdılmasından əvvəl, Vallettanın ən gözəl və ecazkar binalarından biri idi.[2] Teatrı yenidən qurmaq üçün bir neçə imtina planından sonra dağıntıları italyan memar Renzo Piano yenidən dizayn etdi və 2013-cü ildə Pjazza Teatru Rjal adı ilə yenidən bir tamaşa məkanı kimi fəaliyyətə başladı.[3]