Krtsanisi döyüşü(gürc. კრწანისის ბრძოლა; trans. krtsanisis brdzola) — Kartli-Kaxeti və İmereti çarlığı ilə Qacarlar dövləti qoşunları arasında 8–11 sentyabr 1795-ci ildə Tiflisin Krtsanissi kəndi yanında baş vermiş döyüş. Bu döyüş II İraklinin Rusiya imperiyası ilə müttəfiqliyinə qarşı Ağa Məhəmməd şah Qacarın apardığı müharibənin bir hissəsi idi.[10] Döyüş gürcülərin həlledici məğlubiyyəti, Gürcüstanın paytaxtı Tiflisin tamamilə dağıdılması,[8] həmçinin, Gürcüstanın şərq hissəsinin müvəqqəti olaraq Qacar İmperiyasının tərkibinə daxil olması ilə nəticələndi.[3][4][11][12]
Cəld faktlar Gilan döyüşü, Tarix ...
Gilan döyüşü |
---|
Qacarların Gürcüstana yürüyüşləri |
Valeryan Sidamon Eristavi tərəfindən çəkilmiş Krtsanisi döyüşü tablosu |
Tarix |
8-11 sentyabr, 1795 (3 gün) |
Yeri |
Tiflis yaxınlığında Krtsanisi kəndi |
Nəticəsi |
Qacarların həlledici qalibiyyəti |
Ərazi dəyişikliyi |
Tiflis tutuldu və şərqi Gürcüstan İranın hakimiyyətinə keçdi[1][2][3][4] |
|
|
3,000 2,000
|
35 000[5][6] və ya 40000
|
|
4000 əsgər öldü. Bilinməyən sayda əsgər yaralandı və əsir götürüldü[5] 15,000 əsir[8][9] İranın daxili hissəsinə köçürüldü.
|
bilinmir
|
Önemsiz
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Baxmayaraq ki, Qacarlar qalib idi və şah Ağa Məhəmməd İrakliyə olan Rusiya ilə müttəfiqliyi davam etdirsə və könüllü şəkildə İranın hakimiyyətini qəbul etməsə onun krallığını işğal etmə sözünü tutmuşdu, Rusiyanın öz müttəfiqinə Krtsanisidə kömək etməməsi, hətta 1783-cü ildəki Georgiyevsk traktatında Rusiya Gürcüstanı İranınhər hansısa bir hücumundan qoruyacağını rəsmi şəkildə elan etmişdi, öz maraq və ambisiyalarının daha vacib olmasından irəli gəlirdi. Bundan sonra II Yekaterina Rusiyanın prestijini bərpa etmək üçün İran üzərinə 1796-cı ildə yürüyüş təşkil etsə də, eyni ildə onun ölümü bu yürüyüşü yarımçıq qoydu. Növbəti illər qeyri-sabit olaraq qaldı və qarma-qarışıqlıq dövrü olaraq bilindi. İranın Gürcüstan üzərindəki hakimiyyətini yenidən bərpa etməsi şahın 1797-ci ildə Şuşada qətl edilməsi və gürçü kralın bir il sonra ölməsi səbəbindən uzun müddət davam etmədi. Gürcüstanın dağılması və İranın hakimiyyətə kimin gələcəyinə başının qarışması Gürcüstanın bir neçə il sonra çar I Pavel tərəfindən işğalına şərait yaratdı.
İran əsrlər boyunca ərazisinin tərkibində olmuş Zaqafqaziya və Dağıstanı güzəştə gedə bilmədiyi üçün Krtsanisi döyüşünün nəticələri daha amansız Rusiya-İran müharibəsi (1804–1813) və Rusiya-İran müharibəsinə (1826–1828) səbəb oldu. Bu döyüşlərdə Ağa Məhəmməd Xan Qacarın xələfi olani Fətəli şah rusların hərbi hücumunu dayandırmağa və Kür ilə Araz çaylarının şimal ərazilərindəki İran hakimiyyətini bərpa etməyə cəhd etdi. Bu müharibələrdən sonra İran Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) şərtlərinə görə Zaqafqaziya və Dağıstanı Rusiyaya verdi.