Lüksemburq milli futbol komandası
From Wikipedia, the free encyclopedia
Lüksemburq milli futbol komandası (lüksemb. Lëtzebuergesch Foussballnationalequipe, fr. Équipe du Luxembourg de football, alm. Luxemburgische Fußballnationalmannschaft) — Lüksemburqu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Lüksemburq Futbol Federasiyası tərəfindən idarə olunur.
Ləqəbi | d'Roud Léiwen Les Lions Rouges Die Roten Löwen (Qırmızı aslanlar) | ||
---|---|---|---|
Assosiasiya | Lüksemburq Futbol Federasiyası (Lëtzebuerger Foussballfederatioun) | ||
Konfederasiya | UEFA (Avropa) | ||
Baş məşqçi | Lyuk Holts | ||
Kapitan | Laurent Jans | ||
Ən çox oyun keçirən | Mario Mutş (102) | ||
Ən çox qol vuran | Lion Mart (16) | ||
Stadion | Jozi Bartel stadionu | ||
FİFA kodu | LUX | ||
FİFA reytinqi | 96 ▬ (12 avqust 2021)[1] | ||
Ən yüksək FİFA reytinqi | 82 (Sentyabr 2018) | ||
Ən aşağı FİFA reytinqi | 195 (Avqust 2006) | ||
Elo reytinqi | 118 ▼ 3 (9 sentyabr 2019)[2] | ||
Ən yüksək Elo reytinqi | 69 (13 may 1945) | ||
Ən aşağı Elo reytinqi | 190 (12 oktyabr 2005) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
Lüksemburq 1–4 Fransa (Lüksemburq; 29 oktyabr 1911) | |||
Ən böyükhesablı qələbəsi | |||
Lüksemburq 6–0 Əfqanıstan [[Fayl:{{{flag alias-1930}}}|23x15px|border |alt=|link=]] (Brayton, Böyük Britaniya; 26 iyul 1948) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Almaniya 9–0 Lüksemburq (Berlin, Almaniya; 4 avqust 1936) Lüksemburq 0–9 İngiltərə (Lüksemburq; 19 oktyabr 1960) İngiltərə 9–0 Lüksemburq (London, Böyük Britaniya; 15 dekabr 1982) |
14 iyun 2019-cu ilə olan məlumata görə Lüksemburq millisi FİFA reytinqində 90-cı[1], 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 43-cü yerdədir[3]. UEFA Avro 1996-nın seçmə mərhələsindən sonra Lüksemburq millisi 10 ildən çox dünya futbolunun autsayderləri sırasında idi. Amma UEFA Avro 2008-in seçmə mərhələsindən etibarən komanda stabil olaraq hər seçmə mərhələnin qrup oyunlarında ən azı 3 xal toplayır və heç olmasa bir qələbə qazanır. Bəzi mütəxəssislər iddia edirlər ki, UEFA Millətlər Liqası qurulandan sonra Lüksemburq millisini yaxın Avropa çempionatlarının birində görmək mümkün olacaq.