Lefter Küçükandonyadis
Fenerbahçe tarixi ilə bütünləşmiş futbolçu / From Wikipedia, the free encyclopedia
Lefter Küçükandonyadis (22 dekabr 1924[2], Böyükada, İstanbul ili[4] – 13 yanvar 2012[3], İstanbul) — Yunan əsilli Türk futbolçu və məşqçi. Doğum adı Yunancada azad mənasını verən Elefterios olan futbolçu qısaca olaraq Lefter kimi tanınır. Həmçinin ordinaryüs ləqəbi ilə də tanınır.
Cəld faktlar Ümumi məlumatlar, Ləqəbi ...
Lefter Küçükandonyadis | |
---|---|
yun. Λεφτέρ Κιουτσουκαντωνιάδης türk. Lefter Küçükandonyadis | |
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Ordinaryus[1] |
Doğum tarixi | 22 dekabr 1924(1924-12-22)[2] |
Doğum yeri | Böyükada, İstanbul ili, Türkiyə |
Vəfat tarixi | 13 yanvar 2012(2012-01-13)[3] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Boyu | 169 sm |
Çəkisi | 66 kq[1] |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Türk futbolunun və Fənərbaxçanın ən məşhur futbolçularından biri olan Lefter Fənərbaxça Marşında adı keçən simvolik oyunçulardandır. Fənərbaxça ilə İstanbul Futbol Liqalarında ümumi 3, Milli Kümədə 1 və Super Liqada 3 dəfə olmaqla Türkiyə çempionatlarında ümumi 4 dəfə çempionluq yaşadı. 13 yanvar 2012-ci ildə o, müalicə gördüyü Amerika Xəstəxanasında 86 yaşındakı ağır sətəlcəm səbəbli ürək çatışmazlığından öldü.