Müqəddəs Pavel kafedralı
From Wikipedia, the free encyclopedia
Müqəddəs Pavel kafedralı (ing. St Paul's Cathedral) – Londonda yerləşən Anqlikan kafedralı və London yepiskopunun iqamətgahı. Kafedral, London yepiskopluğuna tabe olan bütün kilsələrin ana kilsəsi kimi fəaliyyət göstərir. London şəhərinin ən yüksək nöqətsi olan Ladqeyt-Hilldə inşa edilmiş kilsə, I dərəcəli vacibliyə malik abidə kimi İngiltərənin qeydiyyata alınmış tarixi abidələri siyahısına salınmışdır. Hazırkı kafedralın yerində b.e. 604-cü ilində inşa edilmiş kilsə kimi, kafedral da Həvari Pavelə ithaf edilmişdir.[1] XVIII əsrin sonlarına aid olan hazırkı kilsə binası, İngilis barokkosu üslubunda Ser Kristofer Ren tərəfindən dizayn edilmişdir. Renin sağlığında tamamlanmış kilsə inşası, Böyük London yanğınından sonra, şəhərin bərpa layihəsinin bir hissəsi olmuşdur.[2] Ərazidə olmuş və Böyük Yanğın zamanı böyük bir hissəsi dağılmış qotik üslublu Köhnə Müqəddəs Pavel kafedralı, orta əsrlər və erkən modern London həyatında böyük rol oynamışdır.
Müqəddəs Pavel kafedralı | |
---|---|
ing. Cathedral Church of St Paul the Apostle | |
| |
51°30′49″ şm. e. 0°05′53″ q. u. | |
Ölkə | Birləşmiş Krallıq |
Status | fəaliyyət göstərir |
Şəhər | London |
Yerləşir | London |
Aidiyyatı | Anqlikan kilsəsi |
Memar | Ser Kristofer Ren |
Tikilmə tarixi | 1675-1710 |
Üslubu | İngilis barokkosu |
Hündürlüyü | 111 metr |
Uzunluğu | 158 metr |
Eni | 75 metr |
Qüllələri | 2 |
Rəsmi sayt | stpauls.co.uk |
İngiltərənin qeydiyyata alınmış abidələri | |
Rəsmi adı: St Paul's Cathedral | |
Təyin edilib | 4 yanvar 1950 |
İstinad nöm. | 1079157 |
Vikianbarda əlaqəli mediafayllar |
Kafedral Londonun ən məşhur və ikonik görməli yerlərndən biridir. Renin şəhər kilsələrinin qüllələri ilə əhatə olunmuş kafedral günbəzi 300 ildın artıqdır ki, London skaylaynında dominant yer tutur. 111 metr gündürlüyə malik kafedral, 1710-1963-cü illər arasında şəhərin ən hündür tikilisi olaraq qalmışdır. Müqəddəs Pavel kafedralının günbəzi, hələ də dünyanın ən böyük günbəzlərindən biridir. Müqəddəs Pavel kafedralı, Liverpul kafedralından sonra Birləşmiş Krallıq ərazisindəki ikinci ən böyül kilsə binasıdır.
Müqəddəs Pavel kafedralında həyata keçirilmiş mərasimlər arasında Admiral Lord Nelson, Vellinqton qrafı Artur Uelsli, Uinston Çörçil və Marqaret Tetçerin dəfni, Kraliça Viktoriyanın yubileyi, birinci və ikinci Dünya Müharibələrinin sülh dua mərasimləri, şahzadə Çarlz və Ledi Diana Spenserin nigahı, Britaniya Festivalının açılışı, Kraliça II Elizabetin Gümüş, Qızıl, Brilyant və Platin yubileyləri, 80 və 90-cı doğum günü mərasimləri daxildir. Müxtəlif dövrlərdə Müqəddəs Pavel kafedralı fərqli təbliğat materiallarının əsas subyektinə çevrilmiş, Blitz zamanı kafedralın günbəzi tüstü və alov içində təsvir edilmişdir.[3]
Hazırda, Müqəddəs Pavel kafedralı saat və günlük ibadət mərasimləri olan kilsə kimi fəaliyyət göstərir. İbadətçilər üçün kafedrala giriş ödənişsiz olsa da, turistlər üçün giriş biletinin qiyməti 23 funt-sterlinqdir.[4] Kafedrala ən yaxın metro stansiyası 120 metr aralıda yerləşən Müqəddəs Pavel stansiyasıdır.[5]