Məhəmməd Salah
Misirli futbolçu / From Wikipedia, the free encyclopedia
Məhəmməd Salah[4] (ərəb. محمد صلاح, tam adı Məhəmməd Salah Həmid Qali; 15 iyun 1992, Qarbiya, Misir) — İngiltərənin "Liverpul" futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar Misir futbolçusu.
Məhəmməd Salah | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ərəb. محمد صلاح | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Məhəmməd Salah Həmid Qali[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | The Pharaoh | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (31 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Qarbiya, Misir[2] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Misir | |||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.75[3] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 69 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Liverpul | |||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 11 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Salah peşəkar karyerasına 2010-cu ildə doğma vətənində — yetirməsi olduğu "Əl-Mokavlun Əl-Ərəb" komandasında başlayıb. 2017-ci ildən "Liverpul" komandasında çıxış edən futbolçu buna qədər ardıcıl olaraq "Bazel", "Çelsi", "Fiorentina" və "Roma" komandalarında forma geyinib. Salah erkən yaşlarından ölkəsini beynəlxalq arenada təmsil edir. O, 2011-ci ildə gənclərdən ibarət komandalar arasında dünya çempionatında, 2012 ildə isə Yay Olimpiya Oyunlarında çıxış edib. 2017-ci ildə əsas yığmanın heyətində Afrika Millətlər Kubokunun gümüş mükafatçısı olub. DÇ-2018-in seçmə mərhələsində 5 qol vuran Salah, Misir millisinin 28 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub.
O, "Bazel" komandası ilə iki dəfə İsveçrə superliqasını (2012-2013, 2013-14), "Çelsi" komandası ilə isə Premyer Liqanı (2014-2015) və Liqa Kubokunu (2014-2015) qazanıb. 2012-ci ildə Afrikanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.[5] 2013-cü ildə İsveçrə superliqasının ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.
Salah 2017-ci ildə Afrikada ilin futbolçusu,[6] BBC-nin versiyasına görə Afrikada ən yaxşı futbolçu[7] və Premyer Liqada ayın ən yaxşı futbolçusu (Noyabr) adına layiq görülüb.[8] O, həmçinin Afrika Millətlər Kuboku turnirinin rəmzi komandasına düşüb.[9]