Maksimum qiymətlər edikti
From Wikipedia, the free encyclopedia
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır.